Türkiyə və Suriyaya zəlzələyə görə humanitar yardım göstərəcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bunun üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
FİFA Türkiyə Futbol Federasiyası (TFF), Suriya Futbol Assosiasiyası (SFA) və qeyri-hökumət təşkiları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına və paylanmasına başlayacaq.
Qurum vəziyyəti izləyəcəklərini, gələcək tədbirlər üçün TFF və SFA ilə əməkdaşlığı davam etdirəcəklərini açıqlayıb.