FİFA prezidenti Canni İnfantino İspaniya Birinci Liqasının (La Liqa) 35-ci həftəsində keçirilən "Valensiya" - "Real Madrid" matçında irqçi təhqirlərə məruz qalan "Real Madrid" klubunun braziliyalı futbolçusu Vinisiusun yanında olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki,  İnfantino Vinisiusla həmrək olduğunu deyib:

"Futbolda və ya cəmiyyətdə irqçiliyə yer yoxdur. FİFA belə bir vəziyyətlə üzləşən bütün oyunçuların yanındadır".

İrqçi hücumlara qarşı bütün liqalarda tətbiq edilməli olan qaydanı xatırladan İnfantino bunları söyləyib:

"FİFA təşkilatlarında 3 mərhələdən ibarət prosesin bütün futbol matçlarında tətbiqini tövsiyə edirik. Birinci mərhələdə matç dayandırılır və anons edilir. Daha sonra futbolçular meydanı tərk edir və əgər anonsla şifahi hücum davam edərsə. matçın bir müddət dayandırılacağı açıqlanır. Hücum davam edərsə, oyun dayandırılır və rəqib komandaya texniki məğlubiyyət verilir. Bunu demək həyata keçirməkdən daha asandır, amma bunu edib və təlimlərlə dəstək olmalıyıq".