FİFA Şurası 2023-2026-cı illərdə futbolun inkişafına ayrılan rekord 2,25 milyard dollar investisiyanı və 2023-cü il illik hesabatını yekdilliklə təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, FİFA-nın verdiyi açıqlamada 2016-cı ildən əvvəl qüvvədə olan proqramlarla müqayisədə futbolun inkişafı üçün qoyulan investisiyalarda 7 dəfə artım olduğu qeyd edilib.

FİFA prezidenti Canni İnfantino İsveçrənin Sürix şəhərində keçirilən onlayn iclasdan sonra verdiyi açıqlamada, "Sağlam maliyyə idarəçiliyi sayəsində FIFA 2023-2026-cı illər üçün 11 milyard dollarlıq büdcə hədəfini aşmaq yolundadır. Bu o deməkdir ki, 211 üzv federasiyamıza inkişaf və təhsil layihələri təqdim edəcəyik. Bu o deməkdir ki, biz onlara öz məqsədlərinə nail olmaq və futbolu növbəti səviyyəyə çıxarmaq üçün daha çox xidmət göstərə bilərik." deyə bildirib.

Hesabatda FİFA-nın 2023-2026-cı illər dövrünün ilk ilində 1,17 milyard dollar gəlir əldə etdiyi, bu gəlirin 23 faizini yayım, 39 faizini marketinq, 15 faizini lisenziya hüququ, 7 faizini hostinq hüququ və biletlər təşkil etdiyi qeyd edilib. 100-də 16-nın digər maddələrdən ibarət olduğu bildirildi.