Martın 1-də Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, görüşdə iki ölkə arasında əlaqələrin təşkili ilə məşğul olan orqanların xüsusi nümayəndələri də iştirak ediblər.

Görüş zamanı Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi müzakirə edilib və münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqları təsdiqlənib. Bu istiqamətdə mümkün konkret addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, beynəlxalq və regional problemlərə də toxunulub.