Fövqəladə Hallar Nazirliyinin (FHN) axtarış-xilasetmə qrupları Kahramanmaraş bölgəsində zəlzələ baş verən ərazidə əməliyyatları davam etdirir.

İqtisadiyyat.az xəbər verir ki, hazırda azərbaycanlı xilasedicilər Kuddusi baba bulvarı küçəsində axtarış aparırlar.

Əməliyyata xüsusi təlim görmüş itlər də cəlb edilib.

Qeyd edək ki, FHN-in qüvvələri indiyədək dağıntılar altından 51 nəfəri sağ, 614 nəfərin isə cəsədini çıxarıb.