Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun dövlət qarşısında vergi borcu yaranıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, institutun Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 28 498,56 manat vergi borcunun olduğu üzə çıxıb.
Məlumat üçün bildirək ki, institut barəsində 2023-cü ildə də vergi öhdəliklərini pozduğuna görə 40 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Məmməd Bağır-zadədir.