Bu barədə İqtisadiyyat.az nazirlikdən məlumat əldə edib.
Bildirilib ki, FHN kompleksin tikintisini "Litosfer" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, təlim-məşq kompleksinin tikintisi 1 393 766,64 manata başa gələcək.
Eyni zamanda, sözügedən şirkət FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində Dövlət Yanğından Mühafizə Hissəsinin 4 çıxışlı yanğınsöndürmə depo binasının tikintisi işlərini də öz üzərinə götürüb. Aralarında bağlanılmış müqaviləyə əsasən, nazirlik bu tikinti işlərinə görə isə "Litosfer" şirkətinə 2 884 614,74 manat vəsait ödəyib.