Seysmik rayonlaşdırma xəritəsi əsasən Bakı şəhəri və Abşeron yarımadasını əhatə edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün ölkəmizdə baş vermiş zəlzələ ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu tək mikrorayonlaşdırma yox, eyni zamanda, seysmik riskləri araşdıran bir sənəd olacaq.

"Yəni Bakı şəhərini 7-8 bal zəlzələdə nə gözləyir və s. ssenarilər nəzərə alınaraq, seysmik risklər qiymətləndiriləcək".

O eyni zamanda qeyd edib ki, bu gün zəlzədən sonra dağıntı, binalara xəsarət dəyməsi barədə fakt aşkarlanmayıb.