Federal Ehtiyatlar Sisteminin (FES) sədrinin faiz dərəcələrinin daha da artırılmasına işarə etməsindən sonra neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin avqust müqaviləsində bir barelin qiyməti 20 sent və ya 0,3% ucuzlaşaraq 76,92 ABŞ dolları olub.

WTI markalı neftin avqust müqaviləsində bir barelin dəyəri isə 19 sent və ya 0,3% azalaraq 72,34 ABŞ dollarına enib.