Logo

Fərrux kəndində insan qalıqları aşkarlandı


Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.

İqtisadiyyat.az apa-ya istinadən xəbər verir ki,  Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.
Qalıqların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi soyqırımından qaçmaq istəyərkən qətlə yetirilmiş şəxs və ya şəxslərə aid olduğu ehtimal edilir.

2022-03-29 22:19:00 1665
Teqlər: