Ferrum Capital Mühasibatlıq üzrə təcrübə proqramı vəzifəsinə işçi axtarır.

Hansı özəlliklərə malik olmalıdır?

  • Maliyyə, mühasibat uçotu və ya audit sahəsində təhsil almış yeni məzunlar və ya magistratura pilləsinin tələbəsi olmalı;
  • Əla səviyyədə Azərbaycan dili (Rus dili biliyi üstünlükdür);
  • 1C proqramından istifadə bacarığı;
  • MS Office proqramları üzrə biliklər (xüsusilə Excel);
  • Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.

    Mühasibatlıq üzrə təcrübə proqramında nə işlər görülür?

  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Online kargüzarlıqla bağlı əməliyyatların icra edilməsi;
  • Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini həyata keçirilməsi;
  • Bank vasitəsilə ödənişlərin icra edilməsi;
  • Excel proqramında funksiyalar və cədvəllər vasitəsilə analizlərin aparılması;
  • Əlavə məlumat: 5 günlük iş qrafiki: 09:00 – 18:00

    Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Mühasibatlıq üzrə təcrübə proqramı” qeyd etməklə  hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.