Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 30-da dünyanın tanınmış kikboksçularından biri, ONE FC çempionu Çingiz Allazovu qəbul edib. 

İqtisadiyyat.az xəbər verir ki, Ç.Allazov müxtəlif illərdə dəfələrlə K-1. NDC və A-1 üzrə dünya çempionu titullarını qazanıb.

Hazırda ONE FC reytinqində birinci olan idmançını salamlayan nazir onu uğurlu çıxışı münasibətilə təbrik edib. Bakıya səfəri barədə məlumat verən idmançı səmimi qəbula görə təşəkkür edib.