Nazirə “Kəpəz”in forması hədiyyə edilib

 

İqtisadiyyat.az xəbər verir ki, "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri, üzvü, millət vəkili Müşfiq Cəfərov Gənclər və İdman naziri Fərid Qayıbovla görüşüblər. Səmimi ab-havada keçən görüşdə "Kəpəz" klubunun vəziyyəti, əsas komandanın çıxışı müzakirə mövzusu olub. Nazirin ötən ilin sentyabrında Nizami yurduna səfəri çərçivəsində Gəncə şəhər stadionunda olduğunu xatırladan İlqar Nadiri həyata keçirilən infrastuktur layihələr çərçivəsində aparılan son işlərlə bağlı məlumat verib. Yerli futbol akademiyasının inşasının yaxın müddətdə yekunlaşacağı, arenanın ərazisində salınan köməkçi meydanların yazdan sonra komandaların ixtiyarına veriləcəyini bildirib. Stadionun mövcud durumu barədə fikir mübadiləsi aparılıb. 

Görüşün sonunda "Kəpəz"in forması Gənclər və İdman naziri Fərid Qayıbova hədiyyə edilib. Hədiyyəyə görə təşəkkür edən nazir “Kəpəz”in formasının iş otağını bəzəyəcəyini deyib.