"Böyük ehtimalla gələn mövsüm də Azərbaycanda çıxış edəcəm"

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında son mövsümü "Kəpəz"də çıxış etmiş Fərid Nəbiyev deyib. O, ölkə xaricindən də təklifləri olduğunu bildirib.

"Ölkə xaricindən və Azərbaycan Premyer Liqası klublarından təkliflərim var. Gələn mövsüm böyük ehtimalla Azərbaycan Premyer Liqasında çıxış edəcəm. Daha sonra ölkə xaricində çıxış etməyi düşünürəm".

Qeyd edək ki, son mövsümü  "Kəpəz"də keçirən Fərid Nəbiyev Premyer Liqada 30 oyunda iştirak edib. Futbolçu 4 qol vurub və 7 assist etməyi bacarıb.