Türkiyənin "Fənərbaxça” klubu daha bir legionerini itirib.

İqtisadiyyat.az xəbər verir ki, İstabul təmsilçisinin müdafiəçisi Ceyden Ostervolde sıradan çıxıb.

O, Super Liqanın 26-cı turu çərçivəsində baş tutan “Alanyaspor”la səfər oyununda zədələnib. Matçın əvvəlindəcə zədə alan futbolçu 17-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Niderlanddan olan 21 yaşlı oyunçunun zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı müayinələrdən sonra aydınlıq gələcək.