Türkiyə Super Liqasında 21-ci tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Kasımpaşa" klubunu qəbul edib. Hesabı qonaqlar açsa da, sonradan 5 qol vuran "sarı-lacivertli" klub qələbə qazanmağı bacarıb.

Bu matçda poker edən Enner Valensiya bombardlik cədvəlinə 19 qolla başçılıq edir.