"Fənərbaxça” “Atletiko”nun müdafiəçisi Çağlar Söyüncünün transferini həll edib.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə millisinin üzvü yeni klubu ilə müqavilə bağlamaq üçün gecə saatlarında İstanbulla yollanıb.

Bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən ilin yayında “Lester Siti”dən ayrılıb və azad agent kimi “Atletiko”ya keçib. O, bu mövsüm La Liqada cəmi 6 oyuna çıxıb