Xəbər verdiyimiz kimi bir neçə saat əvvəl Abşeron rayonu ərazisində əməkdar mədəniyyət işçisi Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Xəbəri eşidən sənət yoldaşları, dostları hələ də onun ölümünə inana bilmirlər.

İqtisadiyyat.az xəbər verir ki Faiq Ağayev sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir:

"Əlvida, Əziz dost! Sənin nə qədər sadiq qayğıkeş olmağın barədə saatlarca danışardım. Rahat uyu, Allahın rəhməti üzərində olsun."