Eyni adlı sosial şəbəkənin sahibi “Facebook” şirkətinin səhmləri bu gün Nyu-York fond birjasında ilkin ticarət sessiyasında 3,66 % ucuzlaşaraq bir səhm üçün 359,6 ABŞ dollarına düşüb.

Ötən ticarət gününü şirkətin qiymətli kağızları 1,49 % artımla (bir səhm üçün 373,28 dollar) başa vurub.

Səhmlərin ucuzlaşması rüblük hesabat dərc olunandan sonra baş verib. Baxmayaraq ki, ikinci rüb üzrə mənfəət və gəlir göstəriciləri analitiklərin proqnozlarını üstələyib, lakin şirkət bu ilin kinici yarısından gəlirlərin artım tempinin zəifləməsini gözlədiyini bildirib.

Xatırladaq ki, üç ay ərazində “Facebook”un gəlirləri 56 % artaraq 29,1 milyard dollar olub ki, bu da 2016-cı ildən bu yana ən yüksək artım tempidir.