Bu ilin iyul ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı iyun ayı ilə müqayisədə 16,1 faiz bəndi artıb.

 "Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, avqustun 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 39,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,7 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Twitter" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyul ayı ərzində 10,3 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin avqust ayının 1-nə 29,2% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 25,1 faiz bəndi çoxdur.

Bu ilin iyul ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 3,7 faiz bəndi azalıb. Avqustun 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycanın sosial media bazarında 10,7% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "YouTube" – 9,76%, "Instagram" – 6%, “Tumblr” – 2,9%, "VKontakte" – 0,9% və s.