"Everest" zirvəsinin yamacında 1924-cü ildə itkin düşən Endryu İrvinin qalıqları aşkar edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "National Geographic" məlumat yayıb.

100 il əvvəl İrvin və Corc Mellori "Everest" zirvəsinə qalxmağa başlayıblar. Mellori buna qədər zirvəni iki dəfə fəth edib, İrvin isə ilk dəfə bu zirvəyə çıxmağı planlaşdırıb.

1924-cü ilin 6 iyununda onlar 8 170 metr hündürlükdəki düşərgəni tərk ediblər. Sonuncu dəfə onları 8 iyun tarixində zirvədən təxminən 240 metr məsafədə görüblər. Onların başına nə gəldiyi hələ də məlum deyil.

Cari ilin oktyabrında Ronqbuk Mərkəzi Buzlağında bir ayaq parçası tapılıb. Şəxsiyyət corabın üzərinə tikilmiş "E.K. İrvin" adı sayəsində müəyyən edilib.

Qeyd edək ki, 11 oktyabr tarixində 18 yaşlı nepallı şerp Nima Rinji dünyanın ən yüksək zirvələrini fəth etmiş ən gənc alpinist olaraq tanınıb. 9 oktyabrda o, tərəfdaşı ilə birlikdə Himalayın mərkəzində yerləşən Şişabangwa zirvəsinə qalxıb. Beləliklə, Rinji Everest və K2 daxil olmaqla bütün 14 səkkiz minlik zirvəni fəth edib.

Nimanın nailiyyətini Nepalın Alpinizm Assosiasiyası təsdiq edib və o, rəsmi olaraq zirvəni fəth etmiş ən gənc alpinist kimi tanınıb.