“Ev şəraitində müalicə olunacaq yüngül simptomlu xəstələrə dövlət tərəfindən yardım paketlərinin hazırlanmasına dair fikir mübadiləsi aparılır”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, vətəndaşların çətin vəziyyətdə psixoloji durumları da nəzərə alınaraq, bu xəstələrə sosial yardım paketlərinin hazırlanması istiqamətində danışıqlar gedir.