Ev almaq istəyənlərin bir çoxunu kirayə yolu ilə, yoxsa ipoteka krediti ilə mənzil almağın sərfəli olması mövzusu maraqlandırır.

Xəzər TV-də yayımlanan “Xəbər Ertəsi” verilişi bu barədə araşdırma edib.

Belə ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən ümumi sahəsi 105 kvadratmetr olan 142 min 762 manat dəyərində mənzili ipoteka krediti ilə müqayisədə kirayə üsulu ilə əldə etmək daha ucuz başa gəlir.

Ancaq iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, kirayə öhdəliyi ilə satılan mənzillər ipoteka kreditindən bir qədər bahadır. İqtisadçı, həmçinin qeyd edib ki, ipoteka kreditlərindən fərqli olaraq bu layihədə vətəndaşın ərazi seçmək imkanı məhduddur.

Ekspert deyir ki, bu cür layihələrdə vətəndaşların gəlirləri nəzərə alınmalıdır. 

R.Həsənovun fikrincə, kirayə mənzil layihəsində vətəndaşlara yeni tikililərlə yanaşı köhnə binalardan da mənzillər təklif olunmalıdır. 

Məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, kirayə üsulu ilə ev sahibi olmaq ipoteka krediti ilə mənzil əldə etməkdən daha asan və az risklidir. Çünki kirayə mənzillərdə ilkin ödəniş belə tələb edilmir. Əlavə olaraq qeyd edilib ki, kirayə öhdəliyi ilə təklif olunan mənzillərin siyahısı hər il genişləndirilir.

Daha ətraflı süjetdə: