Aktrisa Malin Akerman “Eurovision-2024” mahnı müsabiqəsinin aparıcısı olacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Eurovision.tv” məlumat yayıb.

“Bu barədə hisslərimi təsvir edə bilmirəm. Mən çox həyəcanlıyam”, - deyə M.Akerman bildirib. 

O, “Watchmen” serialındakı rolu ilə populyarlıq qazanıb.

Qeyd edək ki, “Eurovision-2024” mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək. 68-ci dəfə keçiriləcək müsabiqənin finalı mayın 11-də, yarımfinalları isə mayın 7-də və 9-da olacaq.