İqtisadiyyat.az xəbər verir ki, yazıda tapılan qalıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlara aid olduğu bildirilir.
Bundan əlavə, telekanalın saytında dərc olunan yazıda qeyd olunub ki, ekspertlər mümkün işgəncə əlamətləri aşkar ediblər:
"Ən azı yeddi şəxsə aid sümüklər və digər fraqmentlər aşkar edilib. Tapılan sübutlar göstərir ki, bu insanlar qətlə yetirilməzdən əvvəl, ehtimal ki, işgəncələrə məruz qalıblar. Mülki şəxslər təxminən 25 il əvvəl basdırılıblar".