Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında müşahidə olunan hava şəraiti ilə bağlı açıqlama yayıb.
Xidmətin rəisi Nazim Mahmudov İqtisadiyyat.az-a deyib ki, yarımadanın bəzi yerlərində yağan yağış qısamüddətli leysan xarakterlidir.
O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.