Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi pikap tipli yeni avtomobillər alır.
İqtisadiyyat.az xəbər verir ki, alınması nəzərdə tutulun yeni pikaplardan 4 ədəd nəzərdə tutulub.
Qeyd edilib ki, sifariş ediləcək nəqliyyat vasitələrinin istehsal ili 2024-cü il, sürətlər qutusu 6 pilləli mexaniki olmalıdır.
Avtomobillərin full komplentasiyaya malik olması əsas tələblərdəndir.
Nazirlik avtomobillərin 182.000 manata başa gələcəyini ehtimal edir.