Ətli qidaları yemək psixi və fiziki sağlamlıq üçün çox vacibdir. Buna görə də ətdən imtina etmək beyin üçün dağıdıcı təsir yarada bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "News Radio" məlumat yayıb.

Diyetoloqların fikrincə, vegetarianlıq təkcə zülal çatışmazlığı yaratmır, eyni zamanda beyinə zərər verə bilər. Söhbət zülaldan deyil, ətin tərkibində olan bütün digər vitaminlərdən gedir. Lakin düzgün vegan və vegetarian pəhrizlər, diqqətli pəhriz planlaması ilə bir insanı lazımi miqdarda proteinlə təmin edə bilər.

Bununla belə, yalnız ətdə insan orqanizmi üçün lazım olan bütün qida maddələri - vitamin B12, omeqa 3, yağ turşuları, sink, xolin, dəmir və yod var. 

 

Gözəl Həşimova