Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər.

Məlumata görə, üzərində eston dilində “Haidar Alijevi aasta – 100” (Heydər Əliyev İli – 100) yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılıb.