Estoniya Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri Lauri Lanemetsa bildirib.

Onun sözlərinə görə, Estoniya Avropa Komissiyasının qaydalarına əməl edərək Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan edib. Bu məhdudiyyətlər qonşu Latviya və Litva ilə razılaşdırılaraq tətbiq edilib.

Qanun bugündən etibarən qüvvəyə minir.

 

Gözəl Həşimova