Estoniyanın baş naziri Kaya Kallas NATO qoşunlarının Ukraynaya göndərilməsi planlarından xəbərsiz olduğunu deyib .

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə o, hökumətin mətbuat konfransında bildirib.

Siyasətçi vurğulayıb ki, bütün dövlətlər bu və ya digər şəkildə Kiyevə yardım edir:

“Ancaq heç bir ölkə öz qoşunları ilə münaqişəyə müdaxilə etmək arzusunda deyil. Açığını desəm, mən belə planlar barədə məlumatlı deyiləm”.