"Estoniya Ukraynaya dəstəyi dayandırmayacaq, əksinə genişmiqyaslı müharibə başlayandan 2027-ci ilə qədər Tallinin uzunmüddətli yardımı 1,2 milyard avroya çatacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yanvarın 11-də Tallinndə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən Estoniya prezidenti Alar Karis birgə mətbuat konfransı zamanı bildirib.

Karis vurğulayıb ki, Ukraynanın irimiqyaslı və ən yaxşı silahlara ehtiyacı var. Beləliklə, Aİ silah istehsalını artırmalıdır ki, Ukrayna lazım olan hər şeyi alsın.

"Bizim addımlarımız gələcəkdə Avropada istənilən təcavüzkar müharibənin qarşısını almağa yönəlməlidir", - Estoniya lideri bildirib.

O, əmin edib ki, müharibə davam etdikcə Estoniya Ukraynanı dəstəkləyəcək. Karisin sözlərinə görə, onun ölkəsi 2024-2027-ci illər ərzində Ukraynaya dövlət müdafiə büdcəsinin 0,25 faizini verəcək.