Əslən Azərbaycandan olan rusiyalı biznesmen, developer, “Kiyevskaya ploşad” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Qod Nisanov İsrail vətəndaşlığı alıb.

Bu barədə “Brief” “Telegram” kanalı xəbər yayıb.

Qod Nisanov Rusiyanın biznes ictimaiyyətinin aparıcı nümayəndələrindən biri, Rusiyada onlarla mədəniyyət, təhsil, sosial və xeyriyyə layihələrini dəstəkləyən mesenatdır.

Quba rayonunun Qırmızı qəsəbəsindən olan iş adamı Rusiyada həm də lobbiçilik fəaliyyəti ilə məşğul olub, Azərbaycan diasporunun fəal nümayəndələrindən biridir. O, bu uğurlu fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı, “Dostluq” və “3-cü dərəcəli Vətənə xidmət” ordenləri ilə təltif edilib.

Cari ilin yanvar ayında Nisanov 10-cu dəfə “Forbes”un “Rusiya daşınmaz əmlakının kralları” reytinqinin liderlərindən olub.