"Suriyanın devrilmiş Əsəd hakimiyyəti zamanında bu və ya digər formada Ermənistanla əlaqəli olub və Ermənistanı müdafiə etdiyi haqqında da fikirlər səsləndiriblər".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

O bildirib ki, Suriyada olan ermənilər də devrilmiş Əsəd rejimi ilə əməkdaşlıq edib və iş biriliyində olub: “Əsəd rejimi də erməniləri bu və ya digər formada müdafiə edib. Əsəd rejminin devrilməsi ermənilərə, orada olan anti-türk, anti-Azərbaycan dairələrinə də ağır zərbə olub. Hesab edirəm ki, onlar da Əsəd rejminin törətdiyi əməllərin iştirakçısıdır. Ona görə də ermənilərin mövqeləri yeni hakimiyyət dövründə əvvəlki kimi ola bilməyəcək və baş verən hadisələr də bunu göstərir”.

M.Qurbanlı həmçinin Türkiyənin Suriya məsələsinin tənzimlənməsində rolu haqqında danışıb. O bildirib ki, Türkiyə Yaxın Şərqdə böyük rola malik olan ölkədir:

“Vaxtilə bu ərazilər Osmanlı tərkibində olub və bu ərazilərdə Türkiyəyə bağlı tarixi yerlər var. Təbii ki, Suriyada vəziyyətin tənzimlənməsində və stabilliyin yaranmasında Türkiyə keçid hökuməti ilə əlaqəli şəkildə işləyir və Türkiyənin burada təsir imkanlar var. Türkiyənin bu məsələdə təsir gücünün artması Azərbaycanın da maraqlarına uyğundur. Türkiyə tərəfdardır ki, Suriyanın ərazi bütövlüyü təmin edilsin, sabitlik bərqərar olsun və burada olan xalqların, o cümlədən türkmənlərin hüquqları bərqərar olsun. Əminəm ki, Suriyada sabitliyin yaranmasında Türkiyənin özünəməxsus yeri var”.