Sentyabr ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya (iyul) və 2020-ci ilin müvafiq dövrünə (sentyabr ayına) nəzərən dəyişməsini təqdim edirik.

Aqrar Tədqiqatlar Mərkəzindən verilən məlumata əsasən, ötən ay meyvələrdən almanın və yerli çiyələyin qiyməti sabit qalıb.

“Fədai” növ şaftalının, “Alyanaq” armudun, limonun qiyməti azalıb, “Nektarin” şaftalı, üzüm, “Düşes” armudun, moruğun, fındığın qiyməti artıb.

Sentyabr ayında tərəvəzlərdən qırmızı kartofun, sarımsağın, yerli noxudun qiyməti sabit qalıb, balqabağın qiyməti azalıb, Tovuz kartofunun, kələmin, pomidorun, badımcanın, gül kələminin, soğanın, yerkökünün, lobyanın, yaşıl və acı bibərin qiyməti artıb.

Sentyabr ayında kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya nisbətən dəyişməsi (manatla)

Ötən ilin sentyabr ayı ilə müqayisədə 2021-ci ilin sentyabr ayında meyvələrdən alma, armud, şaftalı, xurma, naringi, fındığın qiyməti azalıb. “Kardinal” və ağkişmişi üzümün, narın, heyvanın, limonun, qozun qiyməti artıb. Yerli çiyələyin, “Mahmudu” üzümün qiyməti sabit qalıb.

İllik müqayisədə tərəvəzlərdən kartof, xiyar, yaşıl bibər, kələm, qarğıdalı sütülü, badımcan, balqabaq, pomidorun, sarımsaq, yerkökü, lobyanın qiyməti artıb, soğan və çuğundurun qiyməti azalıb.

Kənd təsərrüfatı məhsullarının 2021-ci ilin sentyabr ayındakı topdansatış qiymətinin ötən ilin müvafiq ayına nisbətən dəyişməsi (manatla)