Ermənistanın elektrik enerjisi ixracından gələn gəlirlər xeyli azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb. 

"Əgər 2022-ci ilin 11 ayı ərzində bu göstərici 83,4 milyon dolları ötmüşdüsə, 2023-cü ilin eyni dövründə artıq 66 milyon dollar olub. Bunu Ermənistan Statistika Komitəsinin məlumatları sübut edir. Məlum olub ki, 2023-cü ilin 11 ayı ərzində elektrik enerjisi ixracından əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 17,4 milyon dollar və ya 21 faiz azalıb", - məlumatda qeyd edilib.

2023-cü ilin 11 ayı ərzində 2022-ci ilin müvafiq dövründəki 8 002,0 milyon kilovatsaata qarşı 8 021,9 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.

Bütün 2022-ci il ərzində elektrik enerjisi istehsalının həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artaraq 8 907,9 milyon kilovatsaat təşkil edib.

2021-ci ildə elektrik enerjisi istehsalı 0,6%, ixrac isə dörddəbir azalıb. Eyni zamanda, 2021-ci ildə Ermənistana elektrik enerjisi idxalının həcmi 2020-ci ilin göstəriciləri ilə müqayisədə 15% artıb.