"Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribat nəticəsində baş verən döyüşlərdə qarşı tərəfin 400-dək hərbiçisi məhv edilib".

Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, erməni hərbçilərin çoxunun meyiti hələ də döyüş meydanlarında qaldığına üçün Ermənistan tərəfi ölənlərin sayını dəqiqləşdirə bilmir:

"Biz də şəhid vermişik, amma şəhidlərimizin qisası döyüş meydanında qat-qat artıq alınıb. Əsas odur ki, Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub. Açıq deyim ki, bir çox məsələlər barədə dəqiq məlumat vermək olmur. Bəlkə buna görədir ki, cəmiyyətimizdə bu qədər şəhid  verməklə nə əldə etdiyimiz barədə suallar aktualdır. Amma bu məsələlər barədə kifayət qədər məlumatlı bir insan kimi deyirəm ki,  zamanla hər şey bilinəcək və əsgərlərimizin, zabitlərimizin igidliyi, peşəkarlığı sayəsində əldə etdiyimiz uğurun miqyası tam göründükdən sonra onun əsl qiyməti veriləcək", - deyə ekspert bildirib.unikal