Ermənistandan didərgin salınan azərbaycanlılara dəymiş ziyanın hesablanması mümkün olmayıb.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabata əsasən, Ermənistandan qovulan azərbaycanlılara dəyən ziyanın hesablanması, həmin ərazilərin dövlətlərarası sərhədlərin təyin edilməsi üzrə qəbul edilən və təsdiq olunan xəritələrə əsasən, Azərbaycan Respublikası əraziləri olmadığından orada mövcud olan infrastruktur və digər obyektlər, onların təynatı və fəaliyyət sahəsi, eləcə də əhalinin şəxsi əmlakı barədə uçotun olmamamsı səbəbindən hər hansı məlumatların əldə olunması və bu sahədə dəymiş ziyanın hesablanması qeyri-mümkün hesab edilib.