Ermənistanda son sutkada 662 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 23 909-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 420-yə çatıb. İndiyədək 12 911 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 445 aktiv koronavirus xəstəsi var.