Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Müdafiə Nazirliyinin itkin düşmüş əsgərlərindən biri Ermənistanda tapılıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Ermənistan internet resurslarında videolar yayılıb.

Yayılan videolarda əsgərin işgəncəyə məruz qaldığı, döyüldüyü görünür.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.