Odzuni icmasının rəhbəri Arsen Titanyan həbs edilib. 

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Titanyan əmlak bəyannaməsində məlumatları gizlətməkdə şübhəli bilinərək tutulub. Onun barəsində cinayət işi açılıb. Araşdırmalar davam edir.