Ermənilər növbəti dəfə Rusiyanın Gümrüdəki hərbi bazası önündə mitinq keçiriblər.

Məlumata görə, 102 saylı hərbi bazanın qarşısına toplaşanlar Rusiyanı bölgədə baş verənlərlə bağlı fəaliyyətsizlikdə və səriştəsizlikdə günahlandırıblar.

Qeyd edək ki, son zamanlar ermənilərin eyni məkanda oxşar tələblərlə keçirilən etiraz aksiyaları mütəmadi şəkil alıb.