Ermənistanda daha 354 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 38 550-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 738-ə çatıb. İndiyədək 28 997 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 8 587 aktiv koronavirus xəstəsi var.report