Ermənistanda son sutkada 383 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 36 996-ya yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 700-ə çatıb. İndiyədək 26 243 pasiyent infeksiyadan sağalıb. 9 833 nəfər müalicə olunur.report