Ermənistanda koronavirusa yoluxanların sayı 5 606 nəfərə çatıb.
Redaktor.az-ın məlumatına görə, son sutka ərzində 335 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 70 nəfər koronavirusdan ölüb, 2 955 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.