Ermənistanda daha 200 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 185-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 785-ə çatıb. İndiyədək 32 395 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 6 777 aktiv koronavirus xəstəsi var.report