Ermənistanda daha 515 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 33 005-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 592-yə çatıb. İndiyədək 21 348 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 10 876 aktiv koronavirus xəstəsi var.report