Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan istefa verib.

İqtisadiyyat.az xəbər verir ki, o, bununla bağlı özünün “Facebook” səhifəsində qeyd edib. O, öz ərizəsi ilə işdən çıxdığını, fəaliyyətini Xarici İşlər Nazirliyində davam etdirəcəyini bildirib.

Unanyan XİN-in mətbuat katibi vəzifəsini Ani Badalyanın icra edəcəyini qeyd edib.