Ermənistan Daxili İşlər Nazirliyi İrəvanda bazar günü keçirilən mitinqin iştirakçılarını və təşkilatçılarını ictimai asayişi pozmağa yönəlmiş hərəkətlərdən çəkinməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

"Polis ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün qanunla onlara həvalə edilmiş funksiyaları ardıcıl olaraq davam etdirir və yerinə yetirəcək", - deyə Ermənistan polisi qeyd edib.

Bazar günü saat 16:00-da İrəvanda "Vətən uğrunda Tavuş" hərəkatı tərəfdarlarının böyük mitinqinin keçirilməsi planlaşdırılır.