Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyünü, birinin isə yaralandığını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən törədilən təxribata cavab olaraq görülən tədbirlər nəticəsində 2 erməni hərbçisi ölüb, 1-i yaralanıb.